Saat:07:13
Haqqımızda

Xəzər icra başçısının müavini külli miqdarda qızılla tutuldu - Bakı aeroportunda əməliyyat

2025-01-06 15:25:16

Xəzər icra başçısının müavini külli miqdarda qızılla tutuldu - Bakı aeroportunda əməliyyat

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.

Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.

Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.

Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.

Qeyd edək ki, Əfsər Mirzəliyev Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahovun müavini vəzifəsində çalışır.

Bakupost.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.230151