Xəzər dənizində balıqçılar batıb - Birinin meyiti tapılıb

2022-12-13 16:25:00

Xəzər dənizində balıqçılar batıb - Birinin meyiti tapılıb

Xəzər dənizinin Xaçmaz rayon sahillərində balıq tutmaq istəyən şəxs batıb.

Hurriyyet.az xəbər verir ki, report-un Şimal bürosunun məlumatına görə, həmin şəxsin Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Sultanov Yusif Dadaş oğlu olduğu məlum olub.

Balıqçının meyiti tapılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Həmin vaxt qayıqda daha üç balıqçının da olduğu bildirilir və onlar haqqında hələ məlumat yoxdur.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.132488