Saat:11:21
Haqqımızda

"Xəyanətkarı uzaqlaşdırdıq, amma Müdafiə Nazirliyində yeyinti davam edir" - Fazil Mustafa

2022-09-30 23:00:00

Milli Məclisin deputatı Fazil Mustafa hərbi qulluqçuların pensiya məsələsi ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edib.
Hurriyyet. Az xəbər verir ki, bu barədə təklifini deputat parlamentin bu gün keçirilən plenar iclasında irəli sürüb.
Onun sözlərinə görə, hərbçilər üçün ayrıca qanuna ehtiyac var:
“Əvvəllər Azərbaycanda belə bir ayrıca qanun olub. Lakin sonradan bu qanun “Əmək pensiyaları haqqında” Qanuna əlavə edilib. Hərbçilərimiz 59% dəyər itkisinə məruz qalırlar. Bu insanlar üçün aydın qaydalar olmalıdır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir. Bu mənimsənən vəsait şəhidin qan puludur".
Deputat bildirib ki, bu, birinci hal deyil:
"Bundan əvvəl də Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı tutulanlar var. Bu necə ola bilər? Biz axı ən ciddi xəyanətkarları Müdafiə Nazirliyindən uzaqlaşdırdıq. Yenə də yeyinti davam edir. Hərbi qulluqçularla bağlı bu məsələləri əlahiddə məsələ kimi qəbul edib, müzakirəyə çıxarmalıyıq. Təklif edirəm ki, bu məsələyə bir də baxılsın. Sabah dinc dövr olarsa, müharibə şəraiti aradan qalxarsa, birləşdirilmə təmin edilər. Son hadisələr göstərdi ki, risk altında olan əsas təbəqə hərbçilərdir. Onların şəhadətini heç nə əvəz edə bilməz”.

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR