Saat:23:14
Haqqımızda

Xətaidə yaşıllıq ərazidə obyekt tikilir - İcra hakimiyyəti araşdırır

2025-02-25 20:20:10

Xətaidə yaşıllıq ərazidə obyekt tikilir - İcra hakimiyyəti araşdırır

Paytaxtın Əhmədli qəsəbəsi ərazisində yaşıllıq ərazidə metal konstruksiyalar quraşdırılıb.

"Hurriyyet" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ərazidə yaşayan vətəndaşlar məlumat verib.

Onlar bildiriblər ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Sarayevo küçəsində yaşıllıq ərazidə iaşə obyekti inşa edilir. Tikintiyə etiaz etdiklərini bildirən şikayətçilər burada aparılacaq işlərin ağacların məhv olmasına, şəhər mühitinin pozulmasına və insanların piyada hərəkətinə ciddi maneə yaratdığını deyiblər.

Xətai Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.128666