Saat:20:07
Haqqımızda

Xətai rayonun ikinci adamı - İntiqam Cümşüdovla Rafiq Quliyevi bağlayan tellər...

2024-11-29 15:11:37

Xətai rayonun ikinci adamı - İntiqam Cümşüdovla Rafiq Quliyevi bağlayan tellər...

Son aylar vətəndaşların və işçilərin ən çox şikayət etdikləri qurumlardan biri də Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyidir... 

Hurriyyet.az xəbər verir ki, AzFakt.com-a daxil olan məlumata görə, Məhəmməd Məmmədovun rəis, İntiqam Cümşüdovun isə rəis müavini olduğu Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindədə adı olub özü olmayan “işçilər” mövcudur və onların adına yazılan əmək haqqı bir nəçə vəzifəli şəxs arasında bölünür. 

Birlik rəhbərliyinin digər qazanclarının isə JEK-lərin vətəndaşlardan qanunsuz olaraq mənzil pulu yığması və hər ay vətəndaşlardan, ticarət və iaşə obyektlərindən yığılan zibil pullarıdır. Məlumata görə vətəndaşlardan, ticarət obyektləri və iaşə oyektlərindən alınan zibil pulunun böyük hissəsi  sənədləşdirilmir və yığılan pullar mənimsənilir. 

Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində ən önəmli fiqurun rəis müavini İntiqam Cümşüdovun olduğu qeyd edilir. Çünki İntiqam Cümşüdov Xətainin icra başçısı Rafiq Quliyevlə həm yaxın dost, həm də qonşudurlar və başçı ilə Cümşüdovun arasından su keçmir. Bu üzdən də adı çəkilən rayonda bütün tikinti işlərinə İntiqam Cümşüdov nəzarət edir. 

İddialara görə İntiqam Cümşüdova inanan başçı tikinti işlərinin bütün “icazə” hüquqnu ona verib və İcra Hakimiyyətinin müvafiq qurumları tikinti ilə bağlı məsələlərdə qərar verəkən Cümşüdovla əlaqə saxlayırlar. 

Yəni İntiqam Cümşüdovun vəzifəsi kiçik olmasına baxmayaraq, o, hazırkı status-kvosu ilə Xətai rayonunda ikinci adam mövqeyindən çıxış edir və başçının müavinləri belə Cümşüdovla normal münasibətlərinin olmasına hər zaman fikir verirlər.

Mətbuatda yayılan məlumatlara görə Xətai rayon Gəncə prospektində İntiqam Cümşüdova məxsus çoxsaylı oyektlər mövcuddur. Həmin məlumatlarda o da bildirilir ki, İntiqam Cümşüdov özünün biznes şəbəkəsinə daxil olan obyektlərin çoxusunu hazırda icarəyə verib və onların icarə pulları məmurun yerli bələdiyyədə işləyən bacısı oğlunun vasitəsi ilə yığılır. 

Xatırladaq ki, İntiqam Cümşüdov bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi vəzifəsində işləyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.220726