Saat:08:59
Haqqımızda

Xəstəxana körpələri səhv saldı: anaya başqasının uşağı verilib

2024-04-18 17:45:34

Xəstəxana körpələri səhv saldı: anaya başqasının uşağı verilib

İngiltərədə xəstəxana yeni doğulmuş körpənin səhv anaya verildiyini etiraf edib.

Hurriyyet.az xəbər verir ki, “University Hospitals Dorset NHS Foundation Trust” 2023-cü ilin sentyabrında körpənin yanlış anaya verildiyi hadisəsini araşdırdığını təsdiqləyib.

Meyzi Bet adlı ana İzabel adlı körpəni dünyaya gətirdikdən sonra onun fototerapiyaya ehtiyacı olduğu üzə çıxıb. Körpə otağa yerləşdirilib. Daha sonra həkim körpələri səhv salıb.

Məlumata görə, həkim 22 yaşlı Betin digər uşağın anasına oxşadığını və bu səbəbdən onları çaşdırdığını etiraf edib.

Xəstəxananın saytında yerləşdirilən açıqlamada deyilir: “2023-cü ilin sentyabrında doğum şöbəmizdə körpənin səhv anaya verilməsi ilə bağlı hadisəni araşdırırıq. Yaranan hər hansı narahatlığa görə dərin təəssüf hissi keçiririk və zərər çəkmiş ailələrə tam dəstək verməyə hazırıq”.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.244463