Xəstəliyi ilə bağlı tərxis olunan vətəndaş yenidən hərbi xidmətə çağırıldı

2022-06-10 12:47:00

Xəstəliyi ilə bağlı tərxis olunan vətəndaş yenidən hərbi xidmətə çağırıldı

Gəncə şəhər sakini Quliyev Musa Səlim oğlu "Hürriyyət"ə müraciət edərək bildirir ki, 2019-cu ildə xəstəliyi ilə bağlı tərxis olunmasına baxmayaraq, Samux rayon Hərbi Komissarlığı tərəfindən yenidən hərbi xidmətə getməli olduğu deyilib. Beş ay hərbi xidmətdə olduğunu deyən şikayətçi qeyd edir ki, xəstəliyi ilə bağlı sənədləri Bakıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilsə də bu günə kimi heç bir rəsmi cavab yoxdur:

"Mən Samux rayon Hərbi Komissarlığına dəfələrlə çağırıldığım üçün qəyyumluqda olduğum Musayev Fərzalı Heydər oğlu ilə birlikdə getdim. Hərbi Komissarlıq dəyişdiyi üçün yeni hərbi komissarlıq əmr verdi ki, mənim məlumatlarımı gətirsinlər. Hərbi Komissarlığın rəhbərliyi sənədlərə baxdı, sonra isə cırdı...Mənə də hərbi xidmətə getməli olduğumu bildirdi.

Mən Samux rayon Hərbi Komissarlığı tərəfindən 24.04.2019-cu ildə hərbi xidmətə çağırılmışam. İlk olaraq Ağdamda olmuşam. Ağdamdan da bölünərək Beyləqan artilleriya divizyonun rabitəçisi kimi xidmət etmişəm. Daha sonra ürəyimlə bağlı problem yaşadığımdan, Füzuli hospitalına aparıldım. Ordan isə Bakı Papanin hospitalına gətirildim. Müayinə olunduqdan sonra isə hərbi xidmətə qayıtmışam. Yenidən ağrılarım olduğu üçün yenidən Bakı Papanin Hospitalına göndərildim. Müayinədən sonra hərbi xidmətə qayıtdım. 10-15 gün keçdikdən sonra sənədlərim evə gəldi və qayıtdım. Hərbi xidmətdə 5 ay qalmışam. Evə gəldikdən sonra bir neçə qəyyumluqda olduğum Musayev Fərzalı ilə birlikdə Samux rayon Hərbi Komissarlığına getdik. Pensiyaya görə və əlavə pul verilməsi ilə bağlı qəbula getdik. Hərbi Komissarlığın hərbi həkiminə müraciət etdik. Həkim bizə bildirdi ki, nə lazımdırsa mən öz tərəfimdən yazmışam. Qalanı hərbi komissarlıq məsələdir. Hərbi Komissarlıqda bizə bildirildi ki, sənədləri Bakıya göndərmişik və Bakıdan rəy bildiriləcək. O gündən bu günə kimi hələ də bir cavab yoxdur. Mən Quliyev Musa Səlim oğlu və bacım Quliyeva Könül Səlimqızı 23.10.2013-cü il tarixində Musayev Fərzalı Heydər oğlunun qəyyumluğu altına keçmişik".

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərmişik.

YƏHYA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya