Xersondan olan Ahıska türkləri Türkiyədə yerləşdiriləcək

2022-11-19 12:32:00

Xersondan olan Ahıska türkləri Türkiyədə yerləşdiriləcək

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Ukraynanın müharibə içərisində olan Xerson şəhərində yaşayan 84 nəfər Ahıska türkü Rusiya ərazisindən keçirilərək Türkiyəyə aparılacaq.

Diplomatiik mənbələrin mətbuata verdiyi məlumata görə, oktyabrın 31-də Xerson şəhərindən əksəriyyəti yaşlılar olan 84 Ahıska türkü çıxarılıb. Lakin zəruri sənədləri olmadığından bu qrupdakı insanların bəziləri Rusiyaya buraxılmayıb. Türkiyənin Moskvadakı səfirliyinin səyləri, Rusiya XİN, DİN və MN ilə təmasları nəticəsində karvanın irəliləməsinə icazə verilib.

Göstərilən səylər nəticəsində onlar Krımdan keçərək Rusiyaya yola düşüblər. Karvanın Rusiya Gürcüstan sərhədini keçərək Türkiyəyə getməsi gözlənilir.

Əlaqədar orqanlar Ahıska türklərinin yerləşdirilməsi üçün hazırlıq işlərini tamamlayıblar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.174711