Xerson azad ediləcək, Putin etibarını itirəcək - Piontkovski

2022-07-21 09:15:00

Xerson azad ediləcək, Putin etibarını itirəcək - Piontkovski

Rusiyanın Ukraynadakı “qələbələr”lə bağlı bəyanatlarına baxmayaraq, yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələri əks hücuma keçəcək və tezliklə Xersonu işğalçılardan azad edəcək.

Hurriyyet.az xəbər verir ki, bunu rusiyalı politoloq, publisist Andrey Piontkovski deyib.

Pentaqon rəhbəri Lloyd Ostinin Ukraynadakı müharibənin həlledici mərhələyə qədəm qoyması ilə bağlı açıqlamasını şərh edən Piontkovski bildirib:

“Bu o deməkdir ki, Ukrayna ordusu əks-hücuma keçmək üçün lazım olan hər şeylə təmin olunacaq. Təxminən avqustun sonunda Xersonun azad edilməsini gözləmək olar”.

Piontkovski əmindir ki, Xersonun işğalçılar tərəfindən itirilməsi Rusiyada siyasi və psixoloji sarsıntıya səbəb olacaq.

O qeyd edib ki, Putin bundan sonra hətta ətrafı arasında da etibarını itirəcək:

"Təbliğatla zombiləşən milyonlarla rus müharibəni uduzduqlarını başa düşəcək. Bu, Rusiyada ciddi dəyişikliklərə səbəb olacaq".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.049021