Saat:22:35
Haqqımızda

“Xərclədiyimiz pulu geri istəyirəm” – “Onlara 500 milyardlıq sövdələşmə təklif etdim”

2025-02-11 13:15:21

“Xərclədiyimiz pulu geri istəyirəm” – “Onlara 500 milyardlıq sövdələşmə təklif etdim”

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə qalmaqallı açıqlamalar verib.

Hurriyyet.az xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində Ağ Evin indiki sahibi onu Ukraynanın taleyinin yox, ABŞ-nin bu ölkəyə qoyduğu pullar maraqlandırdığını deyib.

Tramp qeyd edib ki, onun üçün ən vacib olanı Ukraynaya xərclənən pulları geri qaytarmaqdır: “Biz yüz milyardlarla dollar xərcləyirik. Onlar (ukraynalılar) sövdələşə bilər, sövdələşməyə də bilər. Bir gün onlar (söhbət Ukraynadan gedir) Rusiyaya çevrilə də, çevrilməyə də bilər, amma bizim pulumuz oradadır və mən onu geri istəyirəm. Mən artıq onlara dedim ki, təxminən 500 milyard dollar dəyərində nadir torpaq metalları ekvivalentini istəyirəm. Və onlar artıq bununla razılaşıblar, ona görə də ən azı özümüzü axmaq kimi hiss etmirik".

Qeyd edək ki, bundan əvvəl Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun yaxın həftələrdə müharibəyə son qoymağın bir neçə variantını açıqlamağı planlaşdırdığı bildirilib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.153689