Saat:03:28
Haqqımızda

Xərçəng xəstəliyi buna görə artıb - SƏBƏBLƏR

2024-05-15 20:56:30

Xərçəng xəstəliyi buna görə artıb - SƏBƏBLƏR

Siqaret aludəçiliyi, ətraf mühitin çirklənməsi, stress və düzgün qidalanmamaq xərçəngə yoluxma hallarını artırır.

Araşdırmaya görə, dünyada hər il təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulduğu halda, təxminən 10 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. 2050-ci ildə dünyada 35 milyondan çox yeni xərçəng xəstəsinin olacağı təxmin edilir ki, bu da indiki halların sayından 77 faiz çoxdur.

Xərçəngin bu artımının əsas səbəbləri arasında artan stress, tütün və spirt istehlakı, yanlış qidalanma, işlənmiş qidalar və sənayeləşmənin yaratdığı hava çirkliliyi böyük rol oynayır.

Cərrah Dr. Müzəffər Sarıyar xərçənglə mübarizədə düzgün və şüurlu qidalanma, idman, stressdən uzaq durmaq, tütün məmulatlarından istifadəyə son qoymağın vacibliyini bildirib:

“Tərəvəzləri qaynatmaq, bişirmək və ya buxarlamaq kimi sağlam üsullarla bişirmək lazımdır. Həftədə ən az 2-3 dəfə balıq istehlak edilməli, qızardılmış qidalar qəbul edilməməlidir. “Qırmızı ət yeyəcəksinizsə, manqal və qızartma üsullarına üstünlük verilməməlidir”.

Prof. Dr. Sarıyar xərçəngin bir çox müalicə üsulunun olduğunu bildirib:

“Cərrahiyyə, tibbi onkologiya və radiasiya onkologiyası sahələrindəki inkişaflarla müalicələr aparılır. Türkiyədə bir neçə mərkəzdə tətbiq edilən isti kemoterapi müalicəsi xərçəng xəstələrinə daha uzun ömür şansı təqdim edir”.  \\Konkret.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.257712