Xəbərdarlıq etdim, Zelenski eşitmədi – Bayden

2022-06-11 15:07:00

Xəbərdarlıq etdim, Zelenski eşitmədi – Bayden

Rusiyanın hücumu ilı bağlı ABŞ kəşfiyyatı əldə etdiyi məlumatı Ukraynaya bildirdi, ancaq Zelenski bu haqda eşitmək belə istəmədi.

Hurriyyet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Los-Ancelesdəki tədbirdə çıxışında deyib.

“Bilirəm, çoxları elə düşünürdü ki, mən şişirdirəm. Ancaq mən bilirdim: bizdə məlumat vardı ki, Rusiya Prezidenti Vladimir Putin sərhədi keçməyə hazırlaşır”, - Bayden bildirib.

Bayden deyib ki, onun buna heç bir şübhəsi yox idi, ancaq çoxları, o cümlədən Zelenski bu barədə eşitmək belə istəmirdi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya