XƏBƏRDARLIQ: Elan saytlarında YENİ DƏLƏDUZLUQ... - Aldana bilərsiniz

2022-04-29 14:04:00

XƏBƏRDARLIQ: Elan saytlarında YENİ DƏLƏDUZLUQ... - Aldana bilərsiniz

"Elan saytlarında modifikasiya olunmuş yeni dələduzluq başlayıb”.

Hurriyyet.az bildirir ki, bunu texno-bloqqer Fərid Pərdəşünas deyib. O, prosesin hansı formada baş verdiyini bu cür izah edib:

"Hər hansısa bir məhsulu satışa qoyanda, "WhatsApp" vasitəsilə sizə məhsulu almaq üçün yazırlar. Razılaşandan sonra sizə ödənişləri onlayn etmələri ilə bağlı məlumat verib, saxta bir qəbzin yer aldığı linki atırlar. Sonra isə ödənişi qəbul etməyiniz üçün kart məlumatlarınızı daxil edəcəyiniz səhifə açılır. Bu səhifəyə məlumatlar yazılanda isə oğurlanır”.

Texnoloq qeyd edib ki, fırıldaqçılar Kapital Bankın ödəmə ana səhifəsinin dizaynından istifadə edirlər:

"Burada guya fırıldaqçı ödənişi hansısa balansa ödəyir, siz isə kartınızı yazıb, o balansdan pulu götürürsünüz. Əslində isə belə bir praktika yoxdur. Siz ödəniş alan tərəfsinizsə, harasa CVV kodunuzu ya kartın bitmə tarixini yazmalı deyilsiniz. Belə fırıldaqçılıq metodları elan saytlarında çoxdur. Bu isə ən son və geniş istifadə olunandır. Diqqətli olmağınızı tövsiyyə edirəm”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya