Xatirə İslam: "Bütün şəhər şortik geyinir" - VİDEO
2022-08-16 19:12:00
Müğənni Xatirə İslam aktual mövzulardan olan şortik məsələsinə toxunub.
Sənətçi sosial şəbəkə çəkiliş zamanı lentə aldığı görüntüləri yayımlayıb. Videoda ifaçı "Uşaqlarımız deyir ki, istidən ölürük, amma şortik geyinə bilmirik" sözlərini söyləyib.
Xatirə "Şortik geyindiyim üçün bir xala məni marketdən qovdu" deyənlərə "Bütün şəhər şortik geyinir. Kim pis baxır?" sözləri ilə reksiya verib.
Məlumat üçün bilidirək ki, son zamanlar şortik mövzusu gündəmin müzakirə obyektinə çevrilib. "Meyvəli" bazarında şortik geyinənlərin içəri buraxılmayacağı ilə bağlı plakatlar asılması isə bu müzakirələri daha pik həddə çatdırıb.
VİDEO
BAKU.WS