Xarici işlər nazirləri Daşkənddə nədən danışıblar? - Təfərrüat

2023-01-25 10:04:00

Xarici işlər nazirləri Daşkənddə nədən danışıblar? - Təfərrüat

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran XİN rəhbəri Hüseyn Əmir-Abdullahian arasında Daşkənddə keçirilən görüşün təfərrüatları məlum olub.

Hurriyyet.az xəbər verir ki, İƏT iclası çərçivəsində baş tutan görüşdə Hüseyn Əmir-Abdullahian Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsini və müvafiq atəşkəs bəyanatını regionda sabitlik və yaxınlaşma üçün yeni pəncərələr və imkanlar yaratdığını qeyd edib. O, region ölkələrinin ərazi bütövlüyünün qorunub saxlanmasının rəsmi Tehran üçün önəmli olduğunu və İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd edib.

Xarici işlər naziri iki ölkə arasında əlaqələrin, xüsusən də iqtisadi və ticarət sahələrində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Əmir-Abdullahian İran və Azərbaycan Respublikası arasında ticarət əlaqələrinin konkret planının formalaşdırılması və ciddi iradə ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə daha da artacağına ümidvar olduğunu bildirib. 

Nazir əlavə edib: "Qafqazda sülh və sabitlik həm də Şimal-Cənub Nəqliyyat Dəhlizinin gücləndirilməsi və regionda ticarətin inkişafı üçün daha yaxşı imkanlar yaradır. Biz Azərbaycan Respublikasının layihələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə iştirak etmək üçün texniki və mühəndis imkanlarımızdan istifadə etməyə maraqlı və hazırıq".

Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki ölkə arasında dostluq münasibətlərinin böyük əhəmiyyət daşıdığını və bu kontekstdə görüş mübadiləsinin hər zaman səmərəli olduğunu bildirib. Onun sözlərinə görə, yeni ildə bu görüşlərinin tempini sürətləndirmək lazımdır.

O əlavə edib: "İran, Rusiya və Azərbaycan Respublikasının üçtərəfli formulu nəqliyyatı regional əməkdaşlığın inkişafı üçün yaxşı çərçivədir. Bundan əlavə, iki xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr əlaqələrin mümkün qədər genişlənməsinə səmərəli kömək edir".

İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri iki ölkənin yüksək vəzifəli şəxslərinin görüşlərinin vacibliyini vurğulayıblar. Onlar 2023-cü ildə görüş mübadiləsinin fəal şəkildə davam edəcəyi, xüsusən də qarşılıqlı səfərlərin həyata keçirilməsinə dair razılığa gəliblər. Yaxın vaxtlarda xarici işlər nazirlərinin və iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın rəhbərlərinin görüşü keçiriləcək. Həmçinin regional hadisələrlə bağlı region ölkələri tərəfindən regional problemlərin həlli və xarici aktorların bu məsələlərə müdaxiləsinin qarşısının alınması məqsədilə 3+3 çərçivəsində təmasın gerçəkləşməsi imkanları müzakirə edilib. (yenisabah)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135963