Xaricə gedən hər altı azərbaycanlıdan biri... - STATİSTİKA

2022-05-02 15:05:00

Xaricə gedən hər altı azərbaycanlıdan biri... - STATİSTİKA

 

Xaricə turist kimi gedən Azərbaycan vətəndaşlarının səfərlərinin məqsədləri açıqlanıb.

Hurriyyet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xaricə turist kimi gedən vətəndaşlarımızın daha çox hissəsi istirahət və əyləncə, daha az hissəsi isə dini ziyarət üçün səfər edir.

2022-ci ilin birinci rübünün nəticələrinə əsasən, turizm məqsədilə 188 421 nəfər Azərbaycan vətəndaşı xaricə gedib. Onların 69 521 nəfəri, yəni 37 faizi istirahət və əyləncə üçün səfərdə olublar. Qohumlara, dostlara baş çəkmək məqsədilə 38 158 nəfər (20,2 faiz), işgüzar məqsədlə 29 413 nəfər (15,6 faiz), mağazalara baş çəkmək üçün 29 388 nəfər (15,6 faiz) xaricə üz tutub.

Bunlardan başqa müalicə üçün 11 165 nəfərin, dini ziyarət üçün 7 922 nəfərin xaricə turist səfərinə getdiyi məlum olub. Daha 2 854 nəfər isə digər məqsədlər üçün turist səyahətinə çıxıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya