Xankəndiyə gedən yolda tıxac: Separatçıların nəfəs borusu kəsilib
2022-12-13 12:05:00
.jpg)
Xankəndi-Gorus dövlətləarası avtomobil yolu artıq 24 saata yaxındır ki, bağlıdır.
Hurriyyet.az xəbər verir ki, bunu Qarabağdakı separatçı rejim də təsdiqləyir.
Xankəndiyə gedən yolda uzunluğu kilometrlərlə ölçülən tıxac yaranıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq Ermənistandan bölgəyə gələnlərin bir hissəsi Gorusda, digər bir qismi Şuşa rayonunun Turşsu kəndində gecələyiblər.
Xatırladaq ki, dekabrın 12-də saat 10:30 radələrində Azərbaycan QHT nümayəndələri Qarabağın sülhməramlıların nəzarətində olan hissəsinə gedən yeganə yolu bağlayıb. Onlar Rusiya sülhməramlılarının komandanı A. Volkovun əraziyə gəlməsini tələb edirlər.
yenisabah.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya