Xankəndindən video-reportaj! Azadlıq Radiosu görün nələr çəkib

2023-01-19 09:55:00

Xankəndindən video-reportaj! Azadlıq Radiosu görün nələr çəkib

Qarabağın ermənilər yaşayan yerlərində bankomatların qarşısında növbələr yaranıb. Nağd pul problemləri olduğundan insanlar maaş və pensiyalarını bir dəfəyə çıxarda bilmirlər. 

Hurriyyet.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti reportaj hazırlayıb. 

Reportajda qeyd olunur ki, Xankəndidəki separatçı rejimin qoyduğu qaydaya görə hər kəs gündə bankomatdan 50 min dram (200 manat) pul çıxarda bilər. 

"Azadlıq Radiosu"nun erməni xidmətinin məlumatına görə, yanvarın 17-dən separatçı erməni rejiminin "talon rejimi"nə keçməsi gözlənilirdi, amma hələ ki, bunun nə vaxt başlayacağı ilə bağlı dəqiq məlumat yoxdur. Reportajda qeyd olunub ki, dambaşına 1 litr bitki yağı, 1 kq düyü, qarabaşaq yarması, makaron və şəkər veriləcək. 

Ətraflı videoda:

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144594