XANKƏNDİNDƏ NƏ BAŞ VERİR? – “Araik getməyə hazırlaşır...”

2023-02-15 13:30:00

XANKƏNDİNDƏ NƏ BAŞ VERİR? – “Araik getməyə hazırlaşır...”

Qarabağdakı separatçı cinayətkar qruplaşmanın başçıları Araik Arutyunyan və Ruben Vardanyan Moskvadan qayıtdıqdan sonra Xankəndində hərəkətlilik artıb. Dünən məlum olub ki, Azərbaycanla qeyri-rəsmi təmaslarda olmuş Vitali Balasanyana cinayət işi açılıb, onu bir neçə maddə ilə mühakimə etmək istəyirlər.

Arutyuyan isə qondarma “konstitusiyaya” düzəliş etməklə “prezidentin” “parlament” tərəfindən seçiləcəyi ilə bağlı düzəliş etmək istəyir.

Beləliklə, Qarabağ erməniləri arasında gedən proseslərin arxasında nə dayanır?

 

 

Politoloq Fərhad Məmmədov bildirir ki, seçki prosedurunun dəyişdirilməsi bundan sonra separatçıların “ümumilli seçkilər” keçirməyəcəyindən xəbər verir. “Çünki bu, Azərbaycanın qırmızı xəttidir. Arayik hazırkı vəziyyətə uyğun olaraq “hakimiyyətdən” imtina prosedurunu formalaşdırır”, - o əlavə edib.

Separatçıların başçısının bu addımı nəyə xidmət edir? F.Məmmədov bir neçə variantın nəzərdən keçirilməsini təklif edir:

- Vardanyan üçün. Moskvadakı layihə müəllifləri başlarını divara vurmaqda davam edərək bütün hakimiyyətin Vardanyana ötürülməsinə qərar veriblər. Məncə, bu, o qədər də inandırıcı deyil; 

⁃ Araik yorulub, çətin qərarlar qəbul edə bilmir və getməyə hazırlaşır, çünki vəziyyəti idarə edə bilmir və prosesləri “nə istəyirsiz edin...” şüarı ilə “parlament”in ixtiyarına buraxır; 

⁃ Araik özünə əvəzləyici hazırlayır. Rəhbərliyə yeni adam gəlir. Bu, tamamilə yeni şəxsdir, həm Azərbaycan, həm də Rusiya sülhməramlıları üçün məqbuldur. Amma Vardanyanla cütləşmiş yeni bir adamın prosesə nə faydasının olacağı aydın deyil. Kimin gətirilə biləcəyinə gəlincə, namizəd siyahısı uzun deyil, onların arasında keçmiş “fövqəladə hallar xidmətinin”, hazırkı “mvd”nin rəhbəri Karen Sarkisyanın adı var.

Təhlilçi vurğulayır ki, bütün bu hay-küy 2024-cü ildə olmalı idi, lakin Vardanyanın meydana çıxması prosesləri sürətləndirdi: “Üstəlik, Azərbaycan ekoaksiyanı bitirmədən Ermənistanı birbaşa danışıqlara çağırır. Erməni tərəfi isə Laçın yolunun açılmasını ilkin şərt kimi qoyur, amma bu, alınmır. Ermənistan XİN başçısının Dövlət Departamentindən xanım Donfrid və rusiyalı həmkarı Lavrovla tez-tez danışıqları da onu göstərir ki, İrəvandan Azərbaycanla müzakirələrin davam etdirilməsi tələb olunur. Fransa və ermənipərəst qüvvələr Brüssel platformasının gündəliyində olmayan Laçın yolu mövzusunu əsas gətirib müzakirələri dayandırdılar. Bu şəraitdə Qarabağ ermənilərinin rəhbərləri simalarını itirməmək, məsuliyyətdən qaçmaq üçün nəsə etməyə çalışırlar. Qarabağda vəziyyət onlardan çox az asılıdır, bu faktın üzə çıxması isə çaşqınlığa səbəb olur”.

F.Məmmədov qeyd edir ki, "Vardanyan layihəsi" və eko-fəalların aksiyası 2024-cü ildə baş verməli olan prosesləri daha tez hərəkətə gətirdi. "Azərbaycan sahədə bəzi resurslarından istifadə edib prosesləri inkişaf etdirdikcə, Ermənistanın, Rusiya və İranın müxtəlif layihələri, ssenariləri üçün manevr imkanları məhdudlaşır”,- təhlilçi vurğulayıb.

“AzPolitika.info”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.187136