Saat:04:45
Haqqımızda

Xankəndində ermənilərin gizli bazası var? - Polkovnik açıqladı

2024-04-03 17:11:50

Xankəndində ermənilərin gizli bazası var? - Polkovnik açıqladı

Xankəndində Daxili İşlər Nazirliyinin həyata keçirdiyi axtarış tədbirləri nəticəsində silah-sursatların aşkarlanması davam edir. Belə ki, dünən polis əməkdaşlarının keçirdiyi tədbirlərlə aprelin 2-də Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 47 patron darağı, 900 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Ümumiyyətlə, keçən ilin sentyabr ayının 19-da keçirilmiş antiterror əməliyyatlarından bəri Xankəndi və ətraf ərazilərdə separatçılar tərəfindən gizlədilmiş yüzlərlə silah-sursat və hərbi texnika aşkar olunub. 

Bəs görəsən, bu ərazilərdə tapılan silah-sursatların ümumi sayı və əhatəsi təxminən nə qədərdir?

Mövzu ilə bağlı yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hüquq mühafizə orqanları hələ uzun illər Xankəndi və ətraf ərazilərdən bu cür silah-sursatların aşkar edilməsinə davam edəcək:

“Xankəndi və ətraf yerlər uzun müddət nəzarət olunmayan ərazi olub. Bu ərazilərdə 20 ildən çox separatçıların başıpozuq silahlı dəstələri fəaliyyət göstərib. İndi onlar pərən-pərən düşüblər və hələ uzun illər Daxili İşlər Nazirliyi və orada məskunlaşan güc strukturları silah-sursat tapacaqlar. Bu heç kimə təəccüblü gəlməsin. Əgər bu gün Daxili İşlər Nazirliyi Azərbaycanın müharibə getməyən ərazilərində, rayon və şəhərlərində hansısa mərmi aşkarlayırsa, işğalda olmuş ərazilərdə silah-sursatların tapılması təbii haldır. Hər dəfə yeni-yeni ərazilərdən silah-sursat üzə çıxır. Hətta ötən həftə aşkar edilmiş dayaq məntəqəsində1 tank, “URAL” markalı maşın və artilleriya qurğusu aşkarlandı. Elə yerlər var ki, orada əl qumbaralarını, minaları hara gəldi atıblar, silah-sursatı yaşayış və qeyri-yaşayış ərazilərinə yığıblar”. 

Polkovnik qeyd edib ki, hazırda aşkarlanmayan silahların sayı minlərlədir:

“Bizim əhali ora köçəndən sonra onlar da müxtəlif vaxtlarda yüzlərlə, hətta minlərlə silah-sursat tapacaqlar. Çünki bu illər ərzində sayı-hesabı bilinməyən avtomat, pulemyot və onların sursatları Qarabağa, o cümlədən, Xankəndiyə daşınıb. Onlar ola bilər ki, hətta xeyli sayda silah sursatı haradasa basdırıblar. Ötən ilin sentyabrından indiyə götürsək, qısa müddətə çoxlu sayda silah tapılıb. Nəzərə alsaq ki, həmin ərazilərdə 10 minlərlə silahlı şəxs olub və hər şəxsin 3 silahı olub, onda demək olar ki, həmin silahların heç cüzi bir hissəsi də aşkarlanmayıb. Bununla bağlı ora köçəcək insanlarla maarifləndirmə işləri aparılmalı və onlar silah-sursat aşkarladıqları zaman nə etməli olduqları barədə məlumatlı olmalıdırlar. Hələ uzun illər həmin ərazilərdən silah-sursatın tapılması halları ilə tez-tez qarşılacağıq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.227608