Xankəndidəki separatçılar qorxu içində: Bakı NƏZARƏTİ bərpa edir

2022-08-02 09:58:00

Xankəndidəki separatçılar qorxu içində: Bakı NƏZARƏTİ bərpa edir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişi imzalamaq istisna deyil” bəyanatı Xankəndidə qalan separatçı-terrorçuların qalıqlarını qorxuya salıb. Onlar hesab edirlər ki, İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırlaşır.

Hurriyyet.az
xəbər verir ki, separatçıların qondarma “parlamentinin” “deputatı” Matexe Akopyan Ermənistan hakimiyyətinin əsl məsələni gizlətdiyini deyib.

Onun sözlərinə görə, Qarabağa toxunmadan sülh sazişinin imzalanması mümkün deyil: “Çünki sülh gündəliyinin əsasını delimitasiya və demarkasiya təşkil edir və bu, Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir. Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyacaqlar. Ermənistan özü belə “arsax”ı “dövlət” kimi tanımayıb”.

Qondarma “deputat” Xankəndidə qeyri-müəyyənliyin davam etdiyini qeyd edib. Əlavə edib ki, proses Bakının bu ərazilər üzərində nəzarəti bərpa etməsinə doğru gedir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.083338