Xankəndidə “Xocalı və Malıbəyli Azərbaycana təhvil verilir” xəbəri yayıldı - ermənilər arasında ÇAXNAŞMA

2022-09-06 13:44:00

Xankəndidə “Xocalı və Malıbəyli Azərbaycana təhvil verilir” xəbəri yayıldı - ermənilər arasında ÇAXNAŞMA

Azərbaycanın Laçın şəhəri, həmçinin Zabux və Sos kəndlərinə nəzarəti ələ almasından sonra panik əhvalda olan ermənilər arasında çaxnaşma yaranıb.

Hurriyyet.az bildirir ki, Qarabağ erməniləri tezliklə Xocalı şəhərinin və Şuşanın Malıbəyli kəndinin də boşaldılaraq Azərbaycana təhvil veriləcəyi barədə məlumatlardan şoka düşüblər. Qarabağdakı oyuncaq rejimin “rəsmiləri” buradakı gəlmələri sakitləşdirməkdən ötrü hərəkətə keçib.

“Son vaxtlar sosial şəbəkələrdə guya Əsgəran rayonunun İvanyan (separatçılar Xocalını “İvanyan” adlandırıb və onu Azərbaycanın vaxtilə ləğv etdiyi Əsgəran rayonunun “tabeliyinə veriblər - E.P.) icmasının və Stepanakertin Ajapnyak (qondarma rejim Şuşanın Malıbəyli kəndinə “Ajapnyak” adlı saxta bir ad qoyub və onu da Xankəndiyə “pərçimləyib” - E.P.) məhəlləsinin “köçürülməsi” ilə bağlı Azərbaycan tərəfi ilə razılığın əldə olunduğu barədə şayiələr gəzir” - qondarma rejimin “informasiya qərargahı”nın açıqlamasında bildirilir. Qeyd olunur ki, “bu cür şayiələr və söhbətlərin reallıqla heç bir əlaqəsi yoxdur və Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən vətəndaşlarda çaxnaşma, habelə acizlik, ümidsizlik hissi yaratmaq məqsədi ilə yayılır”. İddia olunur ki, bu məlumatlar “ümidsizlik aşılamağa və vətənlərində yaşamaq iradəsini qırmağa” hesablanıb.

“Artsax hakimiyyəti İvanyan icmasının və paytaxtın Ajapnyak məhəlləsinin, ümumiyyətlə, Artsax Respublikasının hər hansı digər yaşayış məntəqəsinin “təslim edilməsi” ilə bağlı danışıqlar aparmır. Əksinə, bu və bütün digər yaşayış məntəqələrinin sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün uzunmüddətli və əsaslı həllərin işlənib hazırlanması və həyata keçirilməsi üzərində gecə-gündüz çalışırlar.

Sizi yuxarıda qeyd olunanları və hər hansı digər dezinformasiyanı yaymaqdan çəkinməyə çağırırıq, çünki bununla siz düşmənin planlarının həyata keçirilməsinə töhfə vermiş olursunuz”, - separatçıların ünvanladığı mesajda deyilir.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın az sonra bayrağımızı ucaltdığı məntəqələrlə bağlı bənzər məlumatlar yayılarkən separatçılar “yerli əhali”ni narahat olmamağa çağırmışdılar. Erməni canilər anlayırlar ki, Xocalı Azərbaycan üçün “olmazsa, olmazdır” və azərbaycanlıların soyqırıma məruz qaldığı ərazinin ermənilərdən təmizlənməsi mütləqdir. Sadəcə, prosesi uzatmağa çalışırlar, amma əbəs yerə...

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057176