Xankəndidə rekord bahalaşma: Limonun qiyməti şoka salır

2023-03-07 12:36:00

Xankəndidə rekord bahalaşma: Limonun qiyməti şoka salır

Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhərində kəskin qiymət artımı müşahidə olunur.

Hurriyyet.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni sakinlərdən biri danışıb.

O bildirib ki, Qarabağda vəziyyət getdikcə daha da çətinləşir:

“Bir limon əvvəllər 150 drama (0,66 AZN) satılırdı, indi 1000 dram (4,38 AZN) olub. Meyvə-tərəvəzlər də bir neçə dəfə bahalaşıb. Satıcılar bu çətin vəziyyətdə məhsulları ucuz satmalıdırlar, lakin tam əksi olur. Şəhərdə ümidsizlik hökm sürür”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.214827