Xankəndidə mənzil satışı - Ermənilər evlərini niyə satır?

2022-04-20 23:47:00

Xankəndidə mənzil satışı - Ermənilər evlərini niyə satır?

“Azərbaycan dövləti münaqişədən öncə qanuni şəkildə Xankəndi və ətraf ərazilərdə məskunlaşmış erməniləri bölgədən zorla köçürməyi hədəfləmir, belə bir niyyətimiz də yoxdur”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, Xankəndidə yaşayan ermənilərin son günlər evlərini satması barəsində yayılan məlumatlara münasibət bildirib.

Xatırladaq ki, Xankəndidə yaşayan ermənilərə məxsus mülklərin satışı ilə bağlı son bir ayda müxtəlif platformalarda 5 minə yaxın elan yerləşdirilib.

Öz növbəsində, B. Məhərrəmov vurğulayıb:

“Cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, o insanlar yolunu azmış vətəndaşlarımızdır və indi Azərbaycan vətəndaşlığını qəbul edib doğru yola qayıdacaqlarsa, ərazilərimizdə yaşaya bilərlər. Lakin bir daha vurğulayıram, söhbət işğal dövründə qanunsuz məskunlaşdırma cinayətləri çərçivəsində əraziyə köçürülənlərdən getmir. Azərbaycanın suveren hüquqlarını heçə sayıb sərhəd və miqrasiya qanunvericiliyini kobud sürətdə pozmaqla, Xankəndidə və ətraf ərazilərdə yaşayan hər kəs birmənalı olaraq cinayət məsuliyyətinə cəlb olunacaq.

Sovet dövründən Azərbaycan pasportu almış, həmin ərazilərdə qeydiyyatda olmuş şəxslər və onların ailələri isə Azərbayan bayrağı altında yaşaya bilər”.

Deputatın sözlərinə görə, bu məsələdə başqa bir problem ortaya çıxır:

“Təəssüf ki, Qarabağda yaşayan, xüsusən, son 30 ildə yetişən nəsil türkə, azərbaycanlıya nifrət hissləri ilə tərbiyə olunub. Bu gün Azərbaycanın öz torpaqlarında suveren hüquqlarını bərpa etdiyi bir dövrdə, təbii ki, onlar üçün öz yanlış ideologiyalarından əl çəkmək asan deyil. İndi satışa çıxarılan əmlakın sahibləri də ya qanunsuz olaraq əraziyə köçürülənlər, ya azərbaycanlılara qarşı soyqırımında iştirak edənlər, ya da revanşist təfəkkürdə olanlardır. Sağlam təfəkkürünü qoruya bilmiş ermənilər böyük səbrsizliklə Azərbaycan bayrağının altında yaşamağa hazırdır. Bunu Azərbaycan tərəfə - istər Şuşadakı postlarımıza şəxsən yaxınlaşan, istərsə də Milli Məclisdə aidiyyəti bölgəni təmsil edən deputatlarına erməni əsilli vətəndaşlarımızdan gələn çoxsaylı müraciətlər də təsdiq edir”.

Həmsöhbətimizin onu da bildirib ki, ermənilər yaxşı başa düşür ki, bu torpaqların əsl sahibi kimdir:

“Həmçinin, onlar artıq görürlər ki, inkişaf, tərəqqi, yalnız Azərbaycanla mümkündür. Onlar da, eləcə də bütün dünya şahid oldu ki, 44 günlük müharibəni erməni xalqı ilə yox, işğalçı və təcavüzkarla aparmışıq. Ermənilərdən kimlər ki, bu 30 illik işğalı, təcavüzü, bəşəri cinayətləri dəstəkləyib, əlinə silah alıb bizimlə vuruşub, yerinə oturdulub, erməni xalqı ilə işimiz olmayıb. Bu mövqeyi həmişə qoruyacağıq. Eyni zamanda, təcavüzkar idelogiya ilə mübarizəmiz gələcəkdə də barışmaz və amansız olacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya