Saat:05:03
Haqqımızda

“Xankəndidə məntəqə açmağın mənası yoxdur...” – Rusiya səfiri

2024-02-12 16:04:28

“Xankəndidə məntəqə açmağın mənası yoxdur...” – Rusiya səfiri

“Ənənəvi olaraq, biz səfirlikdə seçki məntəqəsi açırıq, məntəqə martın 17-də saat 8:00-dan 20:00-a kimi açıq olacaq. Həmişə olduğu kimi iki səyyar seçki məntəqəsinin təşkili ilə bağlı Azərbaycan tərəfi ilə razılaşdıq və dəstək aldıq, çünki səs verən Rusiya vətəndaşlarının sayı azdır”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov “İzvestiya” qəzetinə müsahibəsində Rusiya vətəndaşlarının martda Rusiyada keçiriləcək seçkiylə bağlı ölkəmizdəki səsverməsindən danışarkən bildirib. 

Diplomat əlavə edib ki, orada Rusiya sülhməramlıları var deyə, Gəncədə və Xankəndidə bir neçə saatlığa statsionar səsvermə məntəqəsi açmağın mənası yoxdur: “Azərbaycan hakimiyyətinin qoyduğu heç bir məhdudiyyət yoxdur - əksinə, tam anlayış və dəstək var. Biz xüsusi təhlükəsizlik tədbirləri də planlaşdırmırıq, çünki Azərbaycan təhlükəsiz ölkədir”.

Yevdakimov deyib ki, onlar seçkilərdə həmişəkindən daha çox insanın səs verməsinə hazırdılar: “Bir qayda olaraq, 1100-1300 nəfər bizə müraciət edir. Amma biz istənilən sayda rusiyalı seçicini qəbul etməyə hazırıq”.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.271699