Xankəndidə Ermənistan dövlətçiliyinin son akkordları çalınır...

2023-09-19 16:07:21

Xankəndidə Ermənistan dövlətçiliyinin son akkordları çalınır...

Rusiyanın Qərbə qarşı açıq müharibəsi fonunda Cənubi Qafqazda yeni dəyişikliklər küləyi əsir.

Düşənbədə keçirilən “Mərkəzi Asiya dövlət başçılarının sammiti”ndə bu ölkələrin Cənubi Qafqaz vasitəsilə yüklərin Avropa ölkələrinə çatdırılması üzrə “Orta Dəhliz” layihəsinə qoşulması haqqında Qətnamə qəbul edilmişdi. Gürcüstan və Türkiyə ilə birgə Cənubi Qafqazda Şərq-Qərb-Şərq Logistik Marşrutunun yaradılması tamamlanmaq üzrədir. Limanların imkanları, dəmir və avtomobil yollarının imkanları artır. Hətta dünyanın ən böyük konteyner daşıma şirkəti olan İsveçin “Maersk” şirkəti yüklərin Çindən Avropaya və geriyə Azərbaycan və Gürcüstandan keçməklə çatdırılması üçün “Orta Dəhliz” marşrutunu seçib.

2023-cü ilin yayının sonunda Cənubi Qafqazın “Orta Dəhlizi” ilə Çindən Avropaya və geriyə yük axını maksimum həddə çatıb, Logistika marşrutlarında artan yüklənmə onların genişləndirilməsini və yenilənməsini tələb edir.

Bakı-Tiflis-Qars-İstanbul-Avropa dəmir yolu həddindən artıq yüklənib və Mərkəzi Asiya ölkələrindən, Əfqanıstandan və Çindən gələn yüklərin öhdəsindən gələ bilmir. Çin Özbəkistana 15 milyard dollar ayırıb ki, bu da Cənubi Qafqazdan keçməklə və daha da Avropaya uzanan “Orta Dəhliz” layihəsinin davamı olacaq. Rusiyadan Türkiyəyə ən qısa quru yolu Azərbaycan-Ermənistan və Naxçıvan ərazisindən keçir. Ermənistanın təslim olmasından 3 il keçsə də, “Zəngəzur dəhlizi”nin açılması məsələsi həllini tapmayıb.  Ermənistan iqtisadi dalandan çıxa bilmir və logistikasız, iqtisadi əlaqələrdən və regionda beynəlxalq layihələrdə iştirakdan məhrum qaldı.

Azərbaycan uzun müddət gözlədi və dəfələrlə Ermənistana Zəngəzur dəhlizi ilə bağlı məsələni həll etməyi təklif etdi, lakin İrəvan bundan qaçmaq üçün müxtəlif bəhanələr tapdı və bu məsələdən Bakı və Ankaranı siyasi şantaj etmək üçün istifadə etdi. İrəvan ümid edirdi ki Bakı və Ankara əbədi gözləyəcək, ermənilərin nazını çəkəcək, onların şərtləri ilə razılaşaraq İrəvanın qapısına gələcəklər...

Ermənistan isə, “Zəngəzur dəhlizinin əvəzinə “Erməni qovşağı” yaradacağıq, bu kommunikasiyaların əsas halqası və nəzarətçisi olacağıq”, deyə daha çoxuna iştahlanırdı.

Bu səbəbdən Bakı səssiz-səmirsiz öz işini gördü. Bu nə deməkdir - Bakı Tehrana Zəngəzur dəhlizinə alternativ variant təklif etdi və Azərbaycanla İran arasında Memorandum - “Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə, Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında nəqliyyat və logistika kommunikasiyalarının yaradılması haqqında” imzalandı.

Bu, Pekinin 800 milyard dollar sərmayə qoyduğu “Bir Kəmər - Bir Yol” Qlobal Marşrutunun davamı olan İstanbul-Ankara-Naxçıvan-Təbriz-Tehran-Bakı-Mərkəzi Asiya ölkələri və Çini birləşdirən yeni nəqliyyat marşrutu olacaq. Eləcə də “Şərq-Qərb”, “Qərb-Şərq” layihələri üçün yeni logistikanın əsası qoyulub, İranın Qərb sanksiyalarından çıxdığı nəzərə alınsa, layihə qısa zamanda həyata keçiriləcək.

Layihə region ölkələrinə yeni iş yerləri yaradan, böyük tranzit gəlirləri yaradan və Azərbaycan, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdıran iqtisadi və nəqliyyat layihələrinin mühüm iştirakçılarına çevrilməyə imkan verəcək. Ukraynadakı müharibə və Rusiyaya qarşı sanksiyalar onu Qərbin əmtəə və enerji bazarlarından kəsərək İranı çox sürətlə Aİ ölkələri və ABŞ ilə ticarətə cəlb edəcək.

Məlum olduğu kimi, Hindistan, Səudiyyə Ərəbistanı, ABŞ və İordaniya Dehlidə (Bharat) keçirilən G20 sammitində Muibaydan Aralıq dənizi limanlarına Hindistan dəhlizinin yaradılması barədə razılığa gəldilər. Hindistanla silah sövdələşməsinə girişən və bundan böyük geosiyasi qazanc uman Ermənistan özünün də hansısa şəkildə bu layihədə yer alacağını umurdu. Buna dair böyük planları olan Ermənistan Avropaya malların çatdırılması üçün Hindistan layihələrinin müttəfiqinə və operatoruna çevriləcəkmi?

Birmənalı olaraq xeyr. Ermənistanın Zəngəzur dəhlizinə qoşulmaması üçün onu separatçı ritorka ilə meydana salan İran Azərbaycanın enerji, dəmir yolu və avtomobil yolları ilə Gürcüstan ərazisindən keçməklə öz məhsullarının Avropa və Mərkəzi Asiya ölkələrinə çatdırılmasında Azərbaycanın əhəmiyyətini nəzərə alır. Beləliklə, İran yenə Ermənistanı oyundan kənar vəziyyətə saldı.

Ermənistan “Şimal-Cənub” və “Qərb-Şərq”, “Şərq-Qərb” layihələrindən tamamilə geri çəkilərək, yaxın gələcəkdə çıxış yolu olmayan nəqliyyat, logistika və siyasi “çıxılmaz dalan” vəziyyətə düşür.

Azərbaycanın əsaslandığı “10 noyabr 2020-ci il tarixli müqavilənin” əsas bəndlərindən biri olan Naxçıvanla Bakını birləşdirən Zəngəzur dəhlizinin açılması “rəsmi” olaraq Ermənistan tərəfindən pozulub və rəsmi Bakı vəziyyətdən çıxış yolu üçün tədbirlərə əl atdı.

Ermənistan Cənubi Qafqaz regionunda həyata keçirilən nəqliyyat, logistika və iqtisadi layihələrə qoşulmaq imkanını itirir. Hansı ki, Ermənistan 1993-cü ildən bəri çıxılmaz vəziyyətdədir. Araz çayı ilə İran ərazisindən keçməklə, Qərbi Zəngəzur boyunca Ermənistanla sərhəddən 5 km aralıda Naxçıvana yeni nəqliyyat dəhlizi açılır. Hansı ki, “burnundan uzağı görməyən” İrəvan “qoltuğunun altına girmək” istədiyi İranın təhriki ilə ona iqtisadi müstəqilik və rifah təmin edəcək yeganə şans olan Zəngzur dəhlizinin öz ərazisindən keçməsinə imkan vrmədi və İran bu şansdan yararlanmağa namizəddir. İran ərazisindən keçən dəmir yolu və avtomobil yolu Bakı və Tehranın birgə vəsaiti ilə tikilir. Ölkələr podratçılar müəyyən edib və layihə üçün vəsaitin məbləği müəyyən edilib. Layihənin tamamlanma müddəti 2024-cü ilin sonudur. Azərbaycan “10 noyabr 2020-ci il tarixli saziş”i pozduğuna görə Ermənistanı Laçın yolundan sərbəst istifadə etməkdən məhrum edib və Ermənistanla Qarabağ arasında əlaqə dəhlizi yaratmaq öhdəliyindən geri çəkilir. Xankəndi - Laçın yolu - Ermənistanla sərhəd Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçib. Ermənistanla sərhəddə Azərbaycanın Sərhəd Nəzarəti Xidməti və Gömrük Komitəsinin keçid məntəqəsi yaradılıb. Keçid məntəqəsi Azərbaycan ərazisində yaşayan Ermənistan vətəndaşlarının buraxılması üçün birtərəfli istiqamətdə işləyir. Qarabağ İqtisadi Zonasında yaşayan 49 min erməninin hamısının Ermənistan və Rusiya pasportları var. Azərbaycan ərazisində qeydiyyatda olmayan şəxslər yalnız Bakı şəhərinin fiskal orqanlarından icazə aldıqdan sonra keçid məntəqəsindən keçə bilərlər.

Rus “sülhməramlıları”nın aqibəti necə olacaq?

Qarabağda müvəqqəti yerləşdirilən rus qoşunlarının taleyi Moskvada “Azərbaycan və Rusiya Federasiyası arasında müttəfiqlik əlaqələri haqqında Saziş”in imzalanması zamanı və Soçidə keçirilən son Ərdoğan-Putin görüşündə həll olunub və 2025-cu ilin payızına kimi çıxarılacaq.

Emənistan iddialarına, aşıb-daşan iştahına uyğun gəlməyən ağılsızlığı ucbatından əhalisinin yarısını itirmiş, iqtisadiyyatı dağılmış, ümidlərini itirmiş, dövlət olmaq üçün son şansını və dövlətçiliyini itirmiş vəziyyətə düəcək.

Bu gün 2 milyon erməninin yaşadığı ərazilər onların əlindən çıxacaq və bu erməni qəbiləsi köhnə Miatsum ideyası ilə yenidən doğulmaq ümidi ilə yad xalqlar və dövlətlər arasında dolaşaraq adi yaşayış yerləri axtarışına başlayacaqlar.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.151506