Saat:00:43
Haqqımızda

Xankəndidə bu binanın tikintisinə 4 milyon ayrıldı

2025-12-15 19:57:19

Xankəndidə bu binanın tikintisinə 4 milyon ayrıldı

Xankəndi şəhərində yerləşən dövlət qurumu binasında tikinti işləri aparılacaq.

Hurriyyet.Az bildirir ki, Ölkə.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı olaraq 4,6 milyon manat dəyərində müqavilə bağlanılıb.

Belə ki, sözügedən işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin binasında aparılacaq.

Bununla bağlı olaraq Bakının Nərimanov rayonunda qeydiyyatda olan “Archico Project” MMC ilə razılaşma əldə edilib.

Tikinti işləri həmin şirkət tərəfindən görüləcək.