Saat:11:14
Haqqımızda

Xankəndidə aktivlik: “Bakının adamı” şəhərdə ofislər icarəyə götürdü

2023-03-25 12:06:00

Xankəndidə aktivlik: “Bakının adamı” şəhərdə ofislər icarəyə götürdü

Qarabağda son günlər qondarma rejimin təhlükəsizlik şurasının katibi Samvel Babayan aktivləşib.

Hurriyyet.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

Məlumata görə, Babayan Qarabağdakı separatçıların müxtəlif nümayəndələri ilə müntəzəm görüşlərə başlayaraq, bir sıra məsələlərdə aktiv danışıqlar aparıb. Bununla belə, qəzet əksər siyasi qüvvələrin Babayanı Ermənistan Baş naziri Nikol Paşinyanın adamı hesab edərək, onunla görüşdən imtina etdiklərini yazıb.

Babayanın həmçinin bir müddət əvvəl Xankəndidəki məktəblərdən birində insident yaşadığı da bəlli olub. Belə ki, müəllimlər onunla görüşə gəlməkdən imtina ediblər:

“Qarabağlılarda belə təəssürat yaranıb ki, Babayan seçkilərə hazırlaşır, bununla da özünə elektorat toplamağa çalışır. O hətta müxtəlif yaşayış məntəqələrində özünə 3 aylıq ofislər də kirayəyə götürüb”.

Qeyd edək ki, Babayan Vardanyanın istefasından bir neçə gün əvvəl Xankəndiyə gələrək aktivləşib. Erməni mətbuatı onun son zamanlar separatçıların Bakı ilə danışıqlarını artırması təkliflərini intensivləşdirdiyini bildirib. Ermənilər onun “Bakının adamı” olduğunu iddia edirlər.

Globalinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR