Xankəndi səfəri ilə bağlı ermənilərin “yeni erməni soyqırımı” haqqında fərziyyələri - ƏTRAFLI

2022-12-03 21:47:00

Xankəndi səfəri ilə bağlı ermənilərin “yeni erməni soyqırımı” haqqında fərziyyələri - ƏTRAFLI

Azərbaycanın mülki nümayəndələrinin Xankəndiyə ketməsi ilə bağlı erməni mediası “iylənir”. 

Ekoloqlarımızın bu gün əzəli torpağımıza keçməsi və bundan əvvəl Laçın yolunda aparılan danışıqlarla bağlı Ermənistanın informasiya məkanında neqativ dalğa yüksəlib. Əməlli-başlı “qırğın” gedir, ermənilər özlərinə əl qatıblar.

Silahsız, mülki geyimdə olan ekoloqlarımızı “maskalı xüsusi təyinatlılar” kimi təqdim etməyə çalışırlar.

Artıq erməni “siyasətçi”ləri bir neçə azərbaycanlı ekoloqun təşkil etdiyi “yeni erməni soyqırımı” haqqında fərziyyələr uydurmağa başlayıblar.

Nümayəndələrimiz artıq danışıqlarını yekunlaşdırıb Şuşaya qayıdıb, ermənilər isə hələ də özlərinə gəlməyiblər.

Hansı saytı açırsan “vay-şüvən”dir, hansı qəzeti oxuyursan, “ulaşma”dır… Bir sözlə, dəhşətdir. Bu insanlar sülh istəmir, bu xalq dinc yaşamaq istəmir, bu millət ölmək istəyir.

Mülki geyimdə və silahsız azərbaycanlılardan qorxan ermənilər Laçın yolunu aşsüzənə döndərib Qarabağa gətirmədikləri terrorist, quldur qalmayıb. Sülhməramlıların kölgəsində müxtəlif ölkələrdən, müxtəlif statuslu, hər tipdə adamları məsuliyyət zonasına buraxır. Hələ bir neçə gün öncə İrandan 14 nəfəri Xankəndiyə buraxan sülhməramlılar Qarabağın əsl sahibini 3 saat Laçın yolunda gözlədir. Ev sahibini evinə buraxmayan həyasız “qonaq”lar kimi ermənilər də bu gün əsl şüvən saldılar.

Bir neçə silahsız şəxs Rusiya sülhməramlıların müvəqqəti məsuliyyət zonasına daxil olmaq üçün Laçın yoluna çıxıb və sülhməramlıların komandiri ilə danışıb. Bundan sonra monitorinq məsələsi ilə bağlı növbəti müzakirələr üçün maşınla Xankəndiyə gediblər.

Burada heç bir “hərbi komponent” yoxdur və ermənilər “mülki geyimli silahsız xüsusi təyinatlılar” haqqında sərsəm əfsanələr uydurmaqla növbəti dəfə beynəlxalq qurumlardan kömək istəyirlər. Bu barədə danışmayan, yazmayan, sərsəm fikirlərini bildirməyən erməni qalmayıb.

Ermənilər bizim silahsızlarımızdan bu qədər qorxursa, onda niyə barışıqdan qaçırlar? Dil pəhləvanları döyüşə bilmirsə, sülhə razılaşıb dilini də, əlini də, silahını da dinc saxlamalıdır.

Amma ermənilər sevinsinlər ki, bu günə qədər yalnız ekoloqlar monitorinq aparmaq istəyir, xüsusi təyinatlılar yox! \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.421425