Saat:21:42
Haqqımızda

Xankəndi rejiminin “Çolka” ləqəbli yeni “Təhlükəsizlik Xidməti” rəhbəri kimdir?

2023-01-16 15:28:00

Xankəndi rejiminin “Çolka” ləqəbli yeni “Təhlükəsizlik Xidməti” rəhbəri kimdir?

Xankəndidə yerləşən separatçı rejimin rəhbəri Araik Arutyunyan general-mayor Ararat Melkumyanı rejimin “Təhlükəsizlik Şurası”nın katibi vəzifəsindən azad edərək “Təhlükəsizlik Xidməti”nin direktoru təyin edib.

Hurriyyet.az xəbər verir ki, belə bir qərarı Araik Arutyunyan separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanla görüşdən sonra verib.

Bildirilir ki, Araik Arutyunyan ilə Ruben Vardanyan arasında ciddi qarşudurma var və dünən Araik Arutyunyanın istefası və “parlament”in buraxılması məsələləri gündəmə gətirilib. Lakin, bu gün baş tutan görüşdən sonra tərəflər müəyyən razılıqlara gəliblər.

Məlumatda bildirilir ki, saç düzümünə görə “Çolka” ləqəbi verilən Ararat Melkumyan bundan əvvəl “Təhlükəsizlik Xidməti”nin direktor müavini vəzifəsində çalışıb. 1973-cü il təvəllüdlü Ararat Melkumyan Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində anadan olub.

Verilən məlumatlara görə, Ararat Melkumyan həm Araik Arutyunyan, həm də keçmiş və indiki yüksək rütbəli hərbçi və siyasətçilərlə yaxın münasibətləri var. Melkumyan həm birinci Qarabağ müharibəsində, həm 2016-cı ilin aprel ayında olan “4 günlük müharibə”də, həm də 2020-ci ilin 44 günlük müharibəsində iştirak edib. (yeniavaz)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR