Xankəndi Məhkəməsinin sədrinə daha bir vəzifə verildi
2025-02-28 15:44:16

Xankəndi Məhkəməsinin sədri Məhkəmə Hüquq Şurasının üzvü seçilib.
Bu barədə Hurriyyet.az-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində yekdil səsi ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb.
Qeyd edək ki, Şuranın 15 üzvü var.
