Xamneyi üsyançıların cəzalandırılması əmrini verdi

2022-11-19 22:17:00

Xamneyi üsyançıların cəzalandırılması əmrini verdi

İranın ali dini lideri Əli Xamneyi nümayişlərdə iştirak edənlərin cəzalandırılmasını tələb edib.

Hurriyyet.Az xarici KİV-ə istinadən xəbər verir ki, İranın dini lideri bunu İsfahan şəhərində xalqa müraciəti zamanı deyib.

Bildirib ki, ölkə boyu davam edən nümayiş və dağıntılarda iştirak edənlər cəzalandırılmalıdır.

İranda üçüncü ayına qədəm qoyan etirazlara toxunan Xamneyi qiyamın sona çatacağını və ölkənin inkişafının davam edəcəyini vurğulayıb: 

“Üsyançılar xalqı küçələrə çıxara bilmədilər. Bu səbəbdən çaşqınlıq yaratmaqla təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Uğur qazana bilməyəcəklər və üsyan bitəcək”.  \\Ölkə.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.120960