Xameneyinin şok səs yazısı: "Xalqı diz çökdürün"
2021-07-28 18:07:00
İctimai şəbəkələrdə İranın dini rəhbəri Əli Xameneiyə aid olduğu deyilən şok səs yazısı yayılıb. “Azad İran" Telegram kanalı xəbər verir ki, o, bu səs yazısında ordu, İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və polis qüvvələrinə narazı xalqı diz çökdürmək və məğlub etmək üçün hazırlıq görmək əmri verir. Bu işi "böyük vəzifə" adlandıran Xameneyi adıçəkilən qurumları bir-birinə yardım edərək milyonlarla etirazçını "məğlub etməyə" çağırır. O, sonda bildirir ki, xalq həmişə səs-küy qaldırmağa və nəsə etməyə meyilli olur, amma "qələt edir".
Hazırladı: Ülviyyə Şükürova