Saat:03:23
Haqqımızda

Xameneyi: Döyüş başlayır

2025-06-18 09:11:24

Xameneyi: Döyüş başlayır

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi İsraillə hərbi münaqişənin yeni mərhələsinin başladığını elan edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Döyüş başlayır”, - Xameneyi yazıb.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edib. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.

Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu cavab əməliyyatının başladığını elan edib və İsraili raket zərbələri ilə vurub.

Report.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000325