Xameneinin tvitindən cəsarətlənən Ermənistan Zəngəzur dəhlizindən imtina edir

2022-07-27 15:23:00

Xameneinin tvitindən cəsarətlənən Ermənistan Zəngəzur dəhlizindən imtina edir

Xameneyinin Azərbaycana qarşı Zəngəzurla bağlı tvitlərindən cəsarətlənən Ermənistan Zəngəzur dəhlizindən imtina edir. Rəsmi İrəvan artıq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il bəyanatının şərtlərini yerinə yetirməkdən açıq şəkildə boyun qaçırır. Belə ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan Zəngəzur dəhlizinin erməni tərəfi üçün qəbuledilməz olduğunu deyib.
“Ermənistan Zəngəzur dəhlizi məsələsini müzakirə etməkdən imtina edir və əvvəldən bundan imtina edib”,deyə Ağacanyan bildirib. O, hətta bir az da irəli gedərək iddia edib ki, Azərbaycan konstruktiv müzakirələrə töhfə vermir.
Görünür, İranın, xüsusən Xameneinin Zəngəzur dəhlizinə qarşı hədə dolu paylaşımları və “İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olacaq siyasət və ya planlara dözməyəcək” kimi açıqlamaları Ermənistan tərəfini “cəsarətləndirib”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055664