Xameneini Səddamın aqibəti gözləyir - İranlı aktyor
2022-12-22 11:03:00
.jpg)
Əli Xameneinin sonu İraqın keçmiş prezidenti Səddam Hüseynin taleyinə oxşayacaq.
Hurriyyet.az xəbər verir ki, bunu İran kinosunun tanınmış simalarından olan Fəriborz Ərəbniya İnstaqram hesabında yazıb.
O, Səddam Hüseynin həbsxanadakı fotosunu paylaşaraq Xameneiyə xəbərdarlıq edib:
“Mən doğru olanı dedim. İstəyirsən bundan nəticə çıxar, istəyirsən narahat ol”.
Qeyd edək ki, bundan öncə İranın tanınmış aktyoru Həmid Fərruxnejad oxşar paylaşım edərək İran rəhbərini diktator, bəsit və yarıtmaz adlandırmışdı.
axar.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya