Xameneidən hicabla bağlı tarixi qərar

2023-01-05 10:32:00

Xameneidən hicabla bağlı tarixi qərar

İranın Ali Rəhbəri Əli Xamenei ölkədə qadınların hicab taxması barədə sərt qaydalarla bağlı mövqeyini yumşaldıb.

Hurriyyet.az xəbər verir ki, Xamenei mədəni, ictimai və elmi sahələrdə fəaliyyət göstərən bir qrup qadınla görüşü zamanı bu barədə danışıb.

Onun sözlərinə görə, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz.

“Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq. Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır”, - deyə Xamenei bildirib.

Qeyd edək ki, ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicabını düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və dünyasını dəyişməsindən sonra İran rəhbərliyi bir çox ölkələr tərəfindən tənqid olunub. Bir çox qurum və təşkilatlar İranı qadınların hüquq və azadlıqlarını təmin etməyə çağırıb. Qadınlar ölkə rəhbərliyinin qadınlara qarşı sərt siyasətinə qarşı etiraz aksiyalarına başlayıb. Xüsusilə də, aksiyalarda qadınların sözügedən qaydalara etiraz olaraq öz baş örtüklərini açdıqlarını, ictimai yerlərdə hicabsız gəzdiklərini görmək mümkün olub. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.153981