Xamenei QƏRAR VERDİ – Etirazçılar cəzalandırılacaq

2022-11-21 10:33:00

Xamenei QƏRAR VERDİ – Etirazçılar cəzalandırılacaq

İranın ali rəhbəri Seyid Əli Xamenei kütləvi etirazlara qatılanların cəzalandırılmasını tələb edib. O, bunu İsfahan şəhərində xalqa müraciəti zamanı deyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanall məlumat yayıb. 

 

Xamenei bildirib ki, ölkə boyu davam edən nümayiş və dağıntılarda iştirak edənlər cəzalandırılmalıdır.

İranda üçüncü ayına qədəm qoyan etirazlara toxunan Xamenei qiyamın sona çatacağını və ölkənin inkişafının davam edəcəyini vurğulayıb: 

“Üsyançılar xalqı küçələrə çıxara bilmədilər. Bu səbəbdən çaşqınlıq yaratmaqla təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Uğur qazana bilməyəcəklər və üsyan bitəcək”.

bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.085526