Saat:01:23
Haqqımızda

Xamenei göstəriş verdi: “Vaşinqtonla birbaşa hərbi toqquşmadan çəkinin”

2024-02-02 13:10:33

Xamenei göstəriş verdi: “Vaşinqtonla birbaşa hərbi toqquşmadan çəkinin”

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la birbaşa hərbi toqquşmadan çəkinməklə bağlı göstəriş verib.

Bu barədə Birləşmiş Ştatlar mətbuatı dini liderə yaxın mənbədən məlumat əldə edib. 

Mənbə iddia edib ki, bu həftənin əvvəlində İranın Ali Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib.

İclasda bir neçə gün əvvəl İordaniyanın şimalında ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç amerikalı hərbçinin öldürülməsi və Birləşmiş Ştatların bu hücuma görə İrandan qisas almaq ehtimalları nəzərdən keçirilib.

Daha sonra iclasın yekunları barədə Əli Xameneiyə məruzə edilib. Ali dini lider isə ABŞ-la birbaşa hərbi toqquşmalardan çəkinməyi, iranlılara amerikalıların ölümündə əli olan qrupların hərəkətlərindən məsafə saxlamağı əmr edib.

oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR