Saat:19:31
Haqqımızda

Xamaneti ABŞ ilə İsraili ittiham etdi: “Onlar planlaşdırıblar”

2022-10-03 15:40:00

Xamaneti ABŞ ilə İsraili ittiham etdi: “Onlar planlaşdırıblar”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın ali dini lideri Əli Xamanei ölkədəki kütləvi etirazların ABŞ və İsrail tərəfindən hazırlandığını iddia edib.

İRNA agentliyinin yazdığına görə, Xamanei deyib: “Həmin qızın ölümü faciəvi hadisə idi. Mən də bundan kədərləndim”.  Xamanei müqəddəs kitabın, məscidlərin, bankların və şəxsi avtomobillərin yandırılmasının yolverilməz olduğunu deyib.

O, kütləvi etirazların xaricdən təşkil edildiyini bəyan edib: “Bu iğtişaşlar və qeyri-sabitlik Amerika, sionist rejim və onlara işləyənlər tərəfindən planlaşdırılıb”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR