Xamanei Amerikanın qarşısında şərt qoyub
Hurriyyet.az xəbər verir ki, İran İslam Respublikasının ali dini lideri Əli Xamaneri X sosial şəbəkəsindəki müraciətində yalnız Vaşinqtonun Yaxın Şərqdəki siyasətini dəyişəcəyi və İsraili dəstəkləməyi dayandıracağı təqdirdə İranın ABŞ ilə əməkdaşlıq imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ vaxtaşırı Tehranla münaqibətləri yoluna qoymaq arzusunu səsləndirsə də, bunun üçün konkret addımlar atılması zəruridir.
Xamanei deyib: "Əgər amerikalılar sionist rejimi dəstəkləməkdə tamamilə imtina etsələr, hərbi bazalarını azaltsalar və bölgəin işlərinə qarışmağı dayandırsalar, o zaman onların təklifini nəzərdən keçirmək olar".
Xamanei yaxın zamanlarda ABŞ tərəfindən belə bir dəyişiklikləri gözləmədiyini qeyd edib.
Hürr Tərcüman
