Saat:19:44
Haqqımızda

Xalq istəyərsə, mən kiməm ki... - Arxiyepiskopun iştahası

2024-05-10 22:10:33

Xalq istəyərsə, mən kiməm ki... - Arxiyepiskopun iştahası

Ermənistanda davam edən etiraz aksiyasının ən aktual sualı kimin baş nazir postuna namizəd olacağıdır. 

Erməni KİV nümayəndələrinin aksiyaya rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyana ünvanladığı baş nazir postuna iddialı olub-olmaması ilə bağlı sualına ikibaşlı cavab verib. O bunu nə tam təkzib edib, nə də təsdiqləyib. Əslində, Qalstanyan iddiasını gizlətmir, sadəcə, suallara dolayı yolla ikibaşlı cavab verməklə yayınmağa çalışır. 

Arxiyepiskop sualı belə cavablandırıb: “Proses qərar verəcək. Səmimi deyirəm, hər şey Allahın iradəsi ilə olur, qoy hər şey Rəbbimizin istəyi ilə olsun. Bəli, insan səyi vacibdir... Mən bu yola inanıram, ömrüm boyu belə olub. Mən heç nəyə qarışmamışam”.

O bu sualdan yayınmağa çalışsa da, iddiasını gizlədə bilməyib. Necə deyərlər "iştah dil altındadır" prinsipini əsas tutur. O, baş nazir postuna iddialı olduğunu cavabı ilə aydın şəkildə ortaya qoyur.

Bəzi media orqanlarının Qalstanyanın "ikili vətəndaşı olduğu üçün baş nazir postuna iddia edə bilməz" deməsinə gəldikdə isə söyləyib ki, "Yazırlar ki, arxiyepiskop Baqrat Qalstanyanın (baş nazirliyə namizəd olmağa - red.) hüququ yoxdur, onun ikili vətəndaşlığı var. Yaşasınlar! Nə isə, Qalstanyan Tavuş yeparxiyasının ruhani lideridir. Bu sizin baş nazirin kreslosundan yüksəkdir. Əgər xalq bunu arzulayırsa və katolikos buna xeyir-dua verirsə, o zaman mən kimə deyim ki, yox, istəmirəm”, - Qalstanyan bildirib.

Mürtəza
Ölkə.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.175996