“Xalq Bank”ın İdarə Heyətinə yeni təyinat olub
2024-03-29 19:45:47

“Xalq Bank”ın idarə heyətinə yeni üzv təyin edilib.
Hurriyyet.az-ın məlumatına görə, bankın Kredit İdarəsinin rəisi Azər Nurəddin oğlu Cəlilzadə İdarə Heyətinin yeni üzvü təyin edilib.
Qeyd edək ki, “Xalq Bank” 2004-cü ildən fəaliyyət göstərir. Bankın aktivlərinin həcmi 3 milyard 82.5 milyon manat, balans kapitalı isə 504.2 milyon manatdır.
© APA
