Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA - FOTO

2022-08-29 20:22:00

Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA - FOTO

“Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı məsələ Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən nəzarətə götürülüb”.

Hurriyyet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında ittifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

O bildirib ki, ittifaqın sədri Şəfiqə Məmmədova aktyoru şəxsən özü ziyarət edib:

“Dəyərli aktyorumuz Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Bu gün ittifaqın sədri Şəfiqə Məmmədova onu şəxsən özü ziyarət edib. Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin də qərarı ilə aktyorun səhhəti ittifaqın nəzarətindədir. Bütün lazımi tapşırıqılar verilib. Hazırda xəstəxanadadır. Vəziyyəti stabildir”.

Qeyd edək ki, 72 yaşlı aktyor xəstəxanaya yerləşdirilib.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063447