Saat:07:03
Haqqımızda

Xalq artistindən sərt ittihamlar: "Rasim Balayev və Şəfiqə Axundova kinoya xəyanət ediblər" - VİDEO

2024-02-09 17:18:16

Xalq artistindən sərt ittihamlar:

Kinorejissor, ssenarist və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Bakupost TV-yə geniş müsahibə verib.

Hurriyyet.az xəbər verir ki, o, müsahibdə Azərbaycan kinosunun mövcud durumu, problemləri və kino qurumları arasındakı çəkişmələr haqqında danışıb. Qeyd edib ki, Azərbaycanda ikinci kinematorafçıları ittifaqının yaradılması yanlış addım idi.

Bu məsələyə görə Ramiz Mehdiyev, Fatma Abdullazadə və mərhum Rüstəm İbrahimbəyovu günahlandıran Şeyx Əbdül Mahmudbəyov eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərləri, xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanın da ünvanına sərt ittihamlar səslənidirib:

"Onlar kinonun haqqına giriblər, Azərbaycan kinosuna xəyanət ediblər".

Şeyx Əbdül Mahmudbəyov müsahibədə Kino Agentliyinin, “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətinə də toxunub. O, Azərbaycan kinosunun inkişafını ölü nöqtədən tərpətmək üçün kinematoqrafçılar ittifaqlarının vahid qurumda birləşdirilməsinin, kino ilə bağlı ayrıca dövlət komitəsinin yaradılmasının zəruri olduğunu bildirib.

Müsahibimiz kino akademiyasının yaradıcılığı ilə bağlı aninsa da verib: "Prezidentin bunla bağlı tapşırıq verib".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.277752