Xalq artisti: “Qiymətlər dəli kimi oynayır”

2022-08-25 22:47:00

Xalq artisti: “Qiymətlər dəli kimi oynayır”

Azərbaycanda son bir neçə ayda müxtəlif ərzaq mallarının qiymətinin qalxması əhali arasında narazılıqla qarşılanır. Əhalinin böyük hissəsi xüsusən kənd təsərrüfatı məhsullarının qiymətindən şikayətçidir.

 

Ekspertlər isə bu artımı müxtəlif səbəblərlə izah edirlər, bəziləri bazarı, bəziləri kəndlini buna görə qınayır. Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Nurəddin Mehdixanlı kəndliyə məhsulunu satmaq üçün şərait yaradılmadığını, buna görə bazarda absurd qiymət artımının olduğunu deyib: “Kənd təsərrüfatını gücləndirmək üçün əkinçilərə az faizli kreditlər təyin olunmalıdır. Onun malını ən azı bazar qiymətindən bir az aşağı almaq lazımdır. Görün onda Azərbaycan kəndlisi bazarı kənd təsərrüfatı məhsulları ilə doldurur ya yox? Belə olsa özümüzü təmin edib xaricə də sata bilərik. Burada qiymətlər öldürüldüyünə görə kəndlilər ailəsini saxlamaq üçün özümüzə yox xarici bazara daha baha qiymətə satır. Əgər biz bazar qiymətinin 50 faizinə ondan məhsulunu alsaq, bazarlarda qiymət belə, dəli kimi oynamaz”.

 

Aktyor bazarın milləti düşünməli olduğunun vacibliyini vurğulayıb:

 

“Mən düşünürəm ki, bazar təkcə bazar olmalı deyil, o həm də əxlaqlı bazar olmalıdır. Bazar millətini düşünməlidir. Bazar millətin, dövlətin düşməni olmamalıdır. Bazar fəaliyyət göstərdiyi ölkənin düşməninə çevrilib. Bütün bunlar aradan qaldırılarsa, bazar normal olar, qiymətlər sabitləşər, insanlar da ərzaq problemi üçün rahatlıqla bazara üz tutarlar. Belə olsa, bazara üz tutanlar ailəsinin, balalarının yanına üzüqara qayıtmaz. Mən istəyirəm ki, bu ölkədə hər kəs elə çalışsın ki, ailəsinin qabağında üzüağ, cibidolu olsun. Cibidolu, üzüqara olmaq lazım deyil, vicdanın da, cibin də təmiz olmalıdır. Bax, onda bütün problemlərimizi həll etmiş olarıq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054233