Saat:15:23
Haqqımızda

Xalq artisti molla rejimini yıxdı-sürüdü: “Onları lənətləyirəm!”

2023-02-01 15:13:00

Xalq artisti molla rejimini yıxdı-sürüdü: “Onları lənətləyirəm!”

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində mühafizə rəisi həlak olub, iki təhlükəsizlik əməkdaşı yaralanıb. Bir çox ölkə bu silahlı hücumu pisləyib. 

Hücumdan sonra tələm-tələsik açıqlama verən Tehranın polis rəisi Hüseyn Rəhimi hadisənin motivini təhrif etməyə cəhd göstərdi. O, bildirdi ki, guya hadisəni törədən şəxs səfirliyə iki uşağı ilə gəlib, hücum ailə-məişət zəminində baş verib. 

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Bilal Əliyev baş verən terror hadisəsini pisləyib:

“Sözügedən hadisəni qınayıram, onları lənətləyirəm! Belə şey olmaz. Bir ölkədə səfirlik açılırsa, onlara etibar edilirsə, bu cür şeylər etmək doğru deyil. Biz İran dövlətinə etibar etmişik, onlara inanmışıq ki, öz səfirliyimizi orada açmışıq. İnanmışıq ki, İran dövləti bizim bütün səfirlik işçilərini orada qoruyacaq. Onlar isə görün bizim başımıza hansı hadisələri gətirdilər. Bir daha gördük ki, bu cür insanlara etibar etmək olmaz. Bundan sonra hadisələrlə bağlı cənab prezident hansı yolu göstərsə, o yolla da davam edəcəyik”. 

Müğənni hadisə zamanı şəhid olan Orxan Əsgərovun adına küçə verilməsi məsələsinə də toxunub: 

“Bu məsələ sosial şəbəkələrdə müzakirə olunur. Amma yenə deyirəm, o səlahiyyətlərin hamısı cənab prezidentə aiddir. Bunu yalnız prezidentimiz edə bilər. Biz yox”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR