Saat:04:16
Haqqımızda

Xalq artisti Fizuli Hüseynovu polisə şikayət etdi

2025-05-30 17:57:04

Xalq artisti Fizuli Hüseynovu polisə şikayət etdi

Xalq artisti Əli Nur Əməkdar artist Fizuli Hüseynovu polisə şikayət edib.

Hurriyyet.az xəbər verir ki, bu haqda aktyor özü məlumat yayıb.

O bildirib ki, bir müddət əvvəl F.Hüseynovun ona hücum etməsi ilə bağlı polisə müraciət edib:

"Fizuli Hüseynov mənə qarşı aqressiv davranış sərgilədi və xoşagəlməz insidentin baş verməsinə səbəb oldu. Hadisə baş verən andan dərhal sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdim. Hazırda Fizuli Hüseynovun törətdiyi cinayət işi ilə bağlı prokurorluqda istintaq gedir.

Teatrımızın nüfuzuna xələl gəlməməsi üçün hadisəni ictimaiyyətə açıqlamadım və mətbuatda inkar etməyə üstünlük verdim. Düşünürdüm ki, teatr rəhbərliyi məsələni obyektiv qiymətləndirəcək və müvafiq intizam tədbirləri görüləcək. Təəssüf ki, gözləntilərim doğrulmadı. Hadisə nəinki araşdırılmadı, əksinə, üstü ört-basdır edildi. Fizuli Hüseynova nə şiddətli töhmət verildi, nə işdən azad olundu, nə də Bədii Şuranın üzvlüyündən uzaqlaşdırıldı. O, sanki heç nə olmamış kimi fəaliyyətini davam etdirir.

Ailə üzvlərim bu məsələdə haqlı olaraq narahatdırlar. Onlar teatr rəhbərliyindən Fizuli Hüseynovun cəzalandırılmasını və ədalətin bərpa olunmasını gözləyirlər. Əminəm ki, Fizuli Hüseynov törətdiyi əmələ görə qanun qarşısında layiqli cəzasını alacaq".

Axsam.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229049