Saat:09:17
Haqqımızda

Xalq artisti əsəbiləşdi: "Guya məni tanımırlar?"

2022-11-30 23:30:00

Xalq artisti əsəbiləşdi:

"Məni Rauf Hacıyevin 100 illiyi münsibəti ilə dekabrın 6-da keçiriləcək festivala dəvət etməyiblər".

Hurriyyet.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Cavan Zeynallı deyib. Cazmen yubiley tədbirinə dəvət almadığı üçün əsəbləşib:

"ADA Universitetində Rauf Hacıyevin yubileyi keçirilib. Orada iştirak etdik, oxudum. Amma ayın 6-da Heydər Əliyev Sarayında keçiriləcək yubiley tədbirindən xəbərsizəm. Məni niyə dəvət etməyiblər? Bu mənə maraqlıdır. Xalq artistiyəm, guya məni tanımırlar?”. 

Qeyd edək ki, 2022-ci ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illiyi tamam olub. Prezident İlham Əliyev aprelin 13-də Rauf Hacıyevin yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR