Saat:10:27
Haqqımızda

Xalq artisti dünyasını dəyişdi - AĞIR İTKİ

2021-09-27 15:45:00

Xalq artisti dünyasını dəyişdi - AĞIR İTKİ

Xalq artisti, “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev dünyasını dəyişib.

Hurriyyet.az Yenicag.az-a istinadən xəbər verir ki, sənətçi bu gün yaşadığı ölkədə – İsraildə 85 yaşında vəfat edib.

Bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev “Facebook” hesabında məlumat verib.

Qeyd edək ki, Teymur Mirzəyev 1961-ci ildə “Qaya” estrada-simfonik orkestrini yaradıb, onun bədii rəhbəri və solisti olub. Həmin dövrdə “Qaya” bütün dünyada məşhur qrup kimi tanınıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR